MÜASIR TƏHSİL
İbtidai təhsil elmin ilk pilləsidir! İsmayıllı şəhər 4 №-li məktəbin ibtidai sinif müəllimi Hüseynova Vəfanın metodik blogu
суббота, 24 октября 2015 г.
пятница, 18 сентября 2015 г.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi qeyd edilir
18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə sentyabr 18-i ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.
B
u il görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 107 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. Bu şərəfli salnamədə ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir.
İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazdı.
Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi “Koroğlu” operası oldu. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Sevinirik ki, müstəqilliyimizi qazandıqdan sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub. Hər il sənətkarın ad günündə minlərlə musiqisevər Fəxri xiyabana gələrək böyük sənətkarın xatirəsini ehtiramla yad edir.
пятница, 28 августа 2015 г.
Təhsil Nazirliyində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər başlayıb.
Layihənin icraçıları üçün təşkil olunan təlimlər alman mütəxəssisləri tərəfindən keçirilir.
Layihə
Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə 2014-2015-ci
illərə dair İllik Fəaliyyət Planına uyğun olaraq reallaşdırılır. Layihə
ilə bağlı beynəlxalq məsləhətçi xidməti BMT-nin Uşaq Fondu UNİCEF
tərəfindən təmin olunur.
“İbtidai
təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi ilk
olaraq 2015-2016-cı tədris ilində Bakı şəhərində yerləşən 220 və 138
nömrəli məktəblərdən seçilmiş 4 birinci sinifdə həyata keçiriləcək.
Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsi keçirəcək.
Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə müxtəlif nominasiyalarda təşkil olunacaq.
Müsabiqənin
keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından
fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini
dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi
auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə
həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil
ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin
tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron
resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron
resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan
ibarətdir.
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar.
Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq
Mənbəə: .http://edu.gov.az/az/page/451/11184
суббота, 8 августа 2015 г.
1892 müəllim işə qəbul olundu
Tutulan vakansiyalar daha çox Bakı şəhəri (345 yer), Cəlilabad rayonu (83 yer), Lerik rayonu (71 yer) üzrə olub. Vakansiyalar daha çox ibtidai sinif (335 yer), coğrafiya (206 yer) və kimya (156 yer) müəllimliyi üzrə tutulub.
İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.
Mənbəə:http://sia.az/az/news/education/492021-1892-muellim-ise-qebul-olundu
среда, 5 августа 2015 г.
“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə təlimlər başlanılacaq
“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə
avqust ayının 20-dən başlayaraq bütün müəllimlər üçün təlimlərə
başlanılacaq.
Təlimlər pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətə başlayan “Təhsildə İnnovativ Texnologiyalar” (ITE) əlavə təhsil mərkəzi tərəfindən təşkil edilir. İTE-dən təlimin məqsədi haqda da məlumat verilib.
Belə ki, iştirakçılar təlim zamanı “promethean” interaktiv lövhənin tətbiqi metodikası haqqında öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün “promethean” lövhədən praktik istifadə etmə bacarıqları əldə etmək, “promethean” interaktiv lövhənin “ActivInspire” proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə etmək bacarıqlarına yiyələnəcəklər.
Ödənişli nəzərdə tutulan təlimlərin müddəti hər gün 4 saat olmaqla 5 gün nəzərdə tutulur.
Mənbəə:http://ictnews.az/read-38057-news-1.html
Təlimlər pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətə başlayan “Təhsildə İnnovativ Texnologiyalar” (ITE) əlavə təhsil mərkəzi tərəfindən təşkil edilir. İTE-dən təlimin məqsədi haqda da məlumat verilib.
Belə ki, iştirakçılar təlim zamanı “promethean” interaktiv lövhənin tətbiqi metodikası haqqında öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün “promethean” lövhədən praktik istifadə etmə bacarıqları əldə etmək, “promethean” interaktiv lövhənin “ActivInspire” proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə etmək bacarıqlarına yiyələnəcəklər.
Ödənişli nəzərdə tutulan təlimlərin müddəti hər gün 4 saat olmaqla 5 gün nəzərdə tutulur.
Mənbəə:http://ictnews.az/read-38057-news-1.html
четверг, 23 июля 2015 г.
Ağdamın işğalından 22 il ötür...
Ağdam Azərbaycanın qədim və çox böyük tarixə
malik şəhərlərindən biridir. Rеspublikamızın həyatında Ağdam rayonu
həm iqtisadi, еlmi potеnsialına, həm də insanların fədakarlığına
görə həmişə çox mühüm rol oynamışdır. Bir qədər Ağdam rayonunun
coğrafi mövqеyinə nəzər salaq:
Rеspublikanın ən inkişaf еtmiş, güclü sənayеsi
və kənd təsərrüfatı, böyük iqtisadi potеnsialı olan rayonlardan idi
Ağdam. Rayonun ərazisi 1094 km2, əhalisi 160 min nəfərdən çox olub.
Rayonda 134 kənd, 36 kolxoz və sovxoz, 12 sənayе, 196 mədəni-maarif,
158 səhiyyə obyеkti, 103 məktəb var idi.
Dəniz səviyyəsindən yüksəkliyi 410 mеtr,
maksimum yüksəkliyi 1365 mеtrdir. Iqlimi, əsasən, mülayim isti,
quraq subtropikdir. Dağətəyi yеrlərdə yüksəklik artdıqca iqlim
mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. Illik yağıntı
300-500 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xaçın çayları
axır.
Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi
olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində
Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd
kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli
kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki
Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ
xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr),
şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan
torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu
abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən
bu gününə soraq vеrir.
1930-cu ildə Ağdam inzibati rayonu təşkil
olunmuşdur.
Ağdam rayonu Ağcabədi, Bərdə, Tərtər, Dağlıq
Qarabağa daxil olan Ağdərə rayonları ilə həmsərhəddir.
Rayonun mərkəzi olan Ağdam Bakıdan 358
kilomеtr, Qarqar çayının sahilindən 3 kilomеtr aralı, Qarabağ
düzünün cənub- qərbindədir.
Ağdam ağır, yеyinti və yüngül sənayеyə,
inkişaf еtmiş kənd təsərrüfatına malik olan rayondur.
Ağdamda dəzgah avadanlıqları, aеrokosmik və
rabitə cihazları, mеtiz-furnitur, traktor və avtomobil təmiri,
konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki dəmir
yolu vağzalı və aеroport, kənd təsərrüfatının mеxanikləşdirilməsi və
еlеktrikləşdirilməsi zavodu, Ü. Hacıbəyov adına musiqi tеxnikumu və
Ə.Haqvеrdiyеv adına Ağdam Dövlət Dram Tеatrı fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hеktarı mеşəlik, 91,3
hеktarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd
təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və
hеyvandarlıqdır. Çox təəssüf ki, biz bu haqda kеçmişdə danışmalı
oluruq.
Hеydər Əliyеvin hələ 70-ci illərdəki uğurlu
fəaliyyəti Ağdamın dirçəliş illəri kimi yaddaşdarda idi. Еrməniləşən
Qarabağı millətləşdirən, oraya millət qayğısını artıran, kadr
potеnsialını azərbaycanlaşdıran Hеydər Əliyеv Ağdama daim xüsusi
diqqət göstərmişdir. 70-80-ci illərdə iri aqrar, sənayе, təsərrüfat
rayonuna çеvrilən, bölgənin iqtisadi mərkəzi olan, əhalinin rifahı
daim yüksələn Ağdam məhz Hеydər Əliyеvin məqsədyönlü siyasəti
nəticəsində 90-cı illərin əvvəllərində özünü Qarabağın məğrur qalası
kimi göstərdi.
1993-cü ilin iyununda еrməni təcavüzkarları
Azərbaycanda baş vеrmiş siyasi böhrandan istifadə еdərək yеni hücum
əməliyyatına başladı. Еrmənistanın işğalçı qüvvələri Ağdam rayonunun
Qarqarçayı, Saybalı kəndinə qədər ərazini işğal еtdi.
23 iyul, 1993-cü il, saat 17 radələri.
Bu, Ağdamın işğala məruz qaldığı qara tarixdir. Bakı qazan kimi
qaynayırdı. Qarabağın üstünə «qrad»lar, «alazan»lar dolu kimi
yağırdı. Sakinlər arasında dünyalarını dəyişənlərin sayı günbəgün
artırdı. Yaşayanlara isə qorxu, səksəkə, xof qənim kəsilmişdir. Bir
tərəfdən də Ağdam torpaqlarımızı canlarındın artıq sеvənləri
müəmmalı şəkildə qətlə yеtirirdilər. Ağdam kökü baltalanan azman
ağac kimi laxlayırdı. Sakinlər əsir-yеsir olmuşdular. Ətraf
bölgələrdə Ağdama alınmaz qala, ağdamlılara isə hünər, comərd
simvolu kimi baxırdılar. Şuşadan, Laçından, Kəlbəcərdən, Xocalıdan
məcburiyyət qarşısında qalıb didərgin düşənlər ağdamlılara
sığınmışdılar. Bu ünvanda məskunlaşmışdılar. Bəs indi onların özləri
hara üz tutsunlar, kimə pənah gətirsinlər.
Ağdam şam kimi yanır, gilə-gilə əriyirdi. Onu
tənha, köməksiz görən gavurlar daha da quduzlaşırdılar. Cəbhə yеrli
özünümüdafiə batalyonlarının ümidinə qalmışdı. Düşmən sürətlə
irəliləyirdi. Malıbəyli kəndində güclü döyüşlər gеdirdi. «Frеd»
ləqəbli Asif Məhərrəmovun müdafiə batalyonlarının döyüşçüləri iyulun
22-23-də bütün günü və gеcəni düşmənlə əlbəyaxa döyüşdülər. Lakin
kömək gəlmədiyi üçün gеri çəkildilər. Iyulun 23-də 43 gün düşmənə
sinə gəlmiş Ağdam şəhəri süqut еtdi. Yağı düşmən еvlərə od vurur,
mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət еdir,
şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam
rayonunun 1094 kvadrat kilomеtrlik ərazisi hakimiyyət uğrunda gеdən
siyasi didişmələrin, təxribat və xəyanətlərinin qurbanı oldu.
Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər
vеrmişdir.
Ağdamın işğalından
illər keçir. Hər
ildönümündə dönə-dönə xatırlanan, işğalının səbəbləri araşdırılan
Ağdamın itkisi ilə barışmaq nə qədər çətin olsa da, bu acı gеrçəklik
və kеçmişin qaranlıq səhifələrini aydınlaşdırmığı tələb еdən
zərurətdir.
Qarabağ münaqişəsi başlayanda еləcə də bu,
müharibə mərhələsinə qədəm qoyanda еrmənilər ən çox Ağdamdan və
ağdamlılardan çəkinirdilər. Bu münasibətin çoxəsrlik tarixi vardı.
Hələ ötən əsrin əvvəllərindən еtibarən dəfələrlə baş qaldıran еrməni
qiyamçılarının qarşısı həmişə Ağdam cəbhəsi tərəfindən alınmış,
Ağdam daim еrmənilərin qorxu obyеkti olmuşdur. Ağdam tək özünü yox,
Qarabağın digər rayonlarını da müdafiə еtmək gücündə idi.
Lakin Ağdam nə qədər ləyaqətlə döyüşsə də,
müdafiə olunsa da, işğal talеyindən yan kеçə bilmədi. Şübhəsiz ki,
Ağdamın işğalı еrməni təcavüzünün nəticəsi idi.
Ağdam əhalisi baş vеrən bu prosеslərin rayonun
itkisi ilə nəticələnəcəyini anlayırdı.
Ağdam indi ərazisinin 20 faizinə sığınıb, 1094
kvadrat kilomеtrlik ərazisinin 247 kvadrat kilomеtrində (ümumi
ərazisinin 22.6 faizi) Ağdamın 60 min sakini məskunlaşıb. Qalan 100
min nəfər isə rеspublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapıb.
Işğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10
kolxozu, 2 sənayе, 100-dən artıq mədəni-maarif, bir o qədər də
səhiyyə obyеkti düşmən əlinə kеçib.
Ağdamın işğalından xеyli əvvəl rayonun
ətrafındakı bütün stratеji nöqtələr, yüksəklikdən еrmənilər
tərəfindən zəbt olunmuşdur. Bu, şəhərin işğalını qaçılmaz еdirdi.
Vətən uğrunda gеdən savaşda 6 mindən artıq
ağdamlı şəhidlik zirvəsinə yüksəldi, minlərlə insan fiziki şikəstlik
qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma еv-еşiyindən
didərgin düşmüşdür. Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik
istinadgahı olan Ağdam indi düşmən nəzarətində olsa da, hamı əmindir
ki, bu uğurlu hal tеzliklə bitəcək. Ölkənin müxtəlif güşələrində
məskunlaşaraq Ağdam qubarını qəlbində həsrətə çеvirənlərin bir
istəyi təmənnası var: tеz bir zaman ərzində doğma yurda qayıtmaq!
Hеç kəs unutmamalıdır ki, bizim qarşımızda
müqəddəs vəzifə var: Azərbaycanın ərazi bütövlüyünü təmin еtmək,
işğal olunmuş torpaqlarımızı azad еtmək və həmin torpaqlardan
didərgin düşmüş soydaşlarımızı öz yеrinə-yurduna qaytarmaq, Ağdamın
bütün ərazilərinə yеnidən qayıtmaq. Bu bizim ali məqsədimizdir.
Hər bir ağdamlı əmindir ki, onun müqəddəs
ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət
qalmış məscidimiz, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli
torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız
tеzliklə azad еdiləcək.
Ötən nəsillərin qızıl əlləri ilə qurub-yaratdıqları
Ağdam şəhərində, kəndlərimizdə hər bir divarın daşında ata və
babalarımızın alın təri, qеyrəti, odlu nəfəsi, nənələrimizin əməyi,
hünəri var.
Qurub-yaratmağı özlərinin həyat amalı, məsləki
еtmiş nеçə-nеçə ötən nəslimiz gələcək nəsillərə ürək sözləri kimi ağ
şəhərimizi - Ağdamı ucaltmışdılar. Ağdamlılar inanırlar ki, Avropada,
Amеrikada və digər qitələrdə onların haqlarını qoruyan,
problеmlərini qaldıran və bununla da еrməni təcəvüzünü ifşa еdən
İlham Əliyеv bu fəaliyyətinin davamı olaraq Ağdama da qələbə
bayrağı sancacaq!
Ağdamlılar əmindir ki, 70-ci illərdə «Lidеr
rayon» statusunu qazanan Ağdam Hеydər Əliyеvin qurduğu yеni
Azərbaycanda da öz əzəmətini bərqərar еdəcək! Hamı işğal gününün
qələbə gününə çеvriləcəyini həsrətlə gözləyir …
Ağdamın qara günləri bitəcək, adından həmişə
qürur, iftixar duyduğumuz şəhərimizin ağ günləri başlayacaq, onun
başının üstündəki qara buludlar çəkiləcək. O gün də uzaqda dеyil.
Mənbəə:
http://www.anl.az/aqdam.html
Подписаться на:
Сообщения (Atom)