понедельник, 15 июня 2015 г.

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü

Azərbaycan xalqının Milli Qurtuluş günü (15 iyun) – Azərbaycan Respublikasında  rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun  günündən bayram elan edilib. 1997 -ci ildən qeyd olunan bayrama 1998 - ci ildən dövlət statusu verilmişdir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin  bu  ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev  xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də  Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun  Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Комментариев нет:

Отправить комментарий