пятница, 28 августа 2015 г.

Təhsil Nazirliyində “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər başlayıb.

Layihənin icraçıları üçün təşkil olunan təlimlər alman mütəxəssisləri tərəfindən keçirilir.
Layihə Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə 2014-2015-ci illərə dair İllik Fəaliyyət Planına uyğun olaraq reallaşdırılır. Layihə ilə bağlı beynəlxalq məsləhətçi xidməti BMT-nin Uşaq Fondu UNİCEF tərəfindən təmin olunur.
“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” pilot layihəsi ilk olaraq 2015-2016-cı tədris ilində Bakı şəhərində yerləşən 220 və 138 nömrəli məktəblərdən seçilmiş 4 birinci sinifdə həyata keçiriləcək.
 

Təhsil Nazirliyi “Elektron təhsil” Respublika müsabiqəsi keçirəcək.


Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə müxtəlif nominasiyalarda təşkil olunacaq.
Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyənlər www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar.
Qaliblərə diplom və hədiyyələr təqdim olunacaq

суббота, 8 августа 2015 г.

1892 müəllim işə qəbul olundu

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18 573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox Bakı şəhəri (345 yer), Cəlilabad rayonu (83 yer), Lerik rayonu (71 yer) üzrə olub. Vakansiyalar daha çox ibtidai sinif (335 yer), coğrafiya (206 yer) və kimya (156 yer) müəllimliyi üzrə tutulub.
İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.

Mənbəə:http://sia.az/az/news/education/492021-1892-muellim-ise-qebul-olundu

среда, 5 августа 2015 г.

“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə təlimlər başlanılacaq

“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə avqust ayının 20-dən başlayaraq bütün müəllimlər üçün təlimlərə başlanılacaq.

Təlimlər pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətə başlayan “Təhsildə İnnovativ Texnologiyalar” (ITE) əlavə təhsil mərkəzi tərəfindən təşkil edilir. İTE-dən təlimin məqsədi haqda da məlumat verilib.

 Belə ki, iştirakçılar təlim zamanı “promethean” interaktiv lövhənin tətbiqi metodikası haqqında öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün “promethean” lövhədən praktik istifadə etmə bacarıqları əldə etmək, “promethean” interaktiv lövhənin “ActivInspire” proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə etmək bacarıqlarına yiyələnəcəklər.

Ödənişli nəzərdə tutulan təlimlərin  müddəti hər gün 4 saat olmaqla 5 gün nəzərdə tutulur.

Mənbəə:http://ictnews.az/read-38057-news-1.html