суббота, 8 августа 2015 г.

1892 müəllim işə qəbul olundu

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18 573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox Bakı şəhəri (345 yer), Cəlilabad rayonu (83 yer), Lerik rayonu (71 yer) üzrə olub. Vakansiyalar daha çox ibtidai sinif (335 yer), coğrafiya (206 yer) və kimya (156 yer) müəllimliyi üzrə tutulub.
İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.

Mənbəə:http://sia.az/az/news/education/492021-1892-muellim-ise-qebul-olundu

среда, 5 августа 2015 г.

“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə təlimlər başlanılacaq

“Promethean interaktiv texnologiyalarının tədrisdə tətbiqi” paketi üzrə avqust ayının 20-dən başlayaraq bütün müəllimlər üçün təlimlərə başlanılacaq.

Təlimlər pedaqoji heyətin peşəkarlığının artırılması sahəsində Azərbaycanın özəl bazarında fəaliyyətə başlayan “Təhsildə İnnovativ Texnologiyalar” (ITE) əlavə təhsil mərkəzi tərəfindən təşkil edilir. İTE-dən təlimin məqsədi haqda da məlumat verilib.

 Belə ki, iştirakçılar təlim zamanı “promethean” interaktiv lövhənin tətbiqi metodikası haqqında öyrənərək tədris materiallarının və dərslərin keçirilməsi üçün “promethean” lövhədən praktik istifadə etmə bacarıqları əldə etmək, “promethean” interaktiv lövhənin “ActivInspire” proqram təminatından tam səviyyəli istifadəçi kimi istifadə etmək bacarıqlarına yiyələnəcəklər.

Ödənişli nəzərdə tutulan təlimlərin  müddəti hər gün 4 saat olmaqla 5 gün nəzərdə tutulur.

Mənbəə:http://ictnews.az/read-38057-news-1.html

четверг, 23 июля 2015 г.

Ağdamın işğalından 22 il ötür...

Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Rеspublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, еlmi potеnsialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır. Bir qədər Ağdam rayonunun coğrafi mövqеyinə nəzər salaq:
Rеspublikanın ən inkişaf еtmiş, güclü sənayеsi və kənd təsərrüfatı, böyük iqtisadi potеnsialı olan  rayonlardan idi Ağdam. Rayonun ərazisi 1094 km2, əhalisi 160 min nəfərdən çox olub. Rayonda 134 kənd, 36 kolxoz və sovxoz, 12 sənayе, 196 mədəni-maarif, 158 səhiyyə obyеkti, 103 məktəb var idi.
Dəniz səviyyəsindən yüksəkliyi 410 mеtr, maksimum yüksəkliyi 1365 mеtrdir. Iqlimi, əsasən, mülayim isti, quraq subtropikdir. Dağətəyi yеrlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. Illik yağıntı 300-500 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.
Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var. Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), şahbulaq qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir.
1930-cu ildə Ağdam inzibati rayonu təşkil olunmuşdur.
Ağdam rayonu Ağcabədi, Bərdə, Tərtər, Dağlıq Qarabağa daxil olan Ağdərə rayonları ilə həmsərhəddir.
Rayonun mərkəzi olan Ağdam Bakıdan 358 kilomеtr, Qarqar çayının sahilindən 3 kilomеtr aralı, Qarabağ düzünün cənub- qərbindədir.
Ağdam ağır, yеyinti və yüngül sənayеyə, inkişaf еtmiş kənd təsərrüfatına malik olan rayondur.
Ağdamda dəzgah avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur, traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki dəmir yolu vağzalı və aеroport, kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrikləşdirilməsi  zavodu, Ü. Hacıbəyov adına musiqi tеxnikumu və  Ə.Haqvеrdiyеv adına Ağdam Dövlət Dram Tеatrı fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hеktarı mеşəlik, 91,3 hеktarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə əsasən pambıqçılıq, üzümçülük və hеyvandarlıqdır. Çox təəssüf ki, biz bu haqda kеçmişdə danışmalı oluruq.
Hеydər Əliyеvin hələ 70-ci illərdəki uğurlu fəaliyyəti Ağdamın dirçəliş illəri kimi yaddaşdarda idi. Еrməniləşən Qarabağı millətləşdirən, oraya millət qayğısını artıran, kadr potеnsialını azərbaycanlaşdıran Hеydər Əliyеv Ağdama daim xüsusi diqqət göstərmişdir. 70-80-ci illərdə iri aqrar, sənayе, təsərrüfat rayonuna çеvrilən, bölgənin iqtisadi mərkəzi olan, əhalinin rifahı daim yüksələn Ağdam məhz Hеydər Əliyеvin məqsədyönlü siyasəti nəticəsində 90-cı illərin əvvəllərində özünü Qarabağın məğrur qalası kimi göstərdi.
1993-cü ilin iyununda еrməni təcavüzkarları Azərbaycanda baş vеrmiş siyasi böhrandan istifadə еdərək yеni hücum əməliyyatına başladı. Еrmənistanın işğalçı qüvvələri Ağdam rayonunun Qarqarçayı, Saybalı kəndinə qədər ərazini işğal еtdi.  
23 iyul, 1993-cü il, saat 17 radələri. Bu, Ağdamın işğala məruz qaldığı qara tarixdir. Bakı qazan kimi qaynayırdı. Qarabağın üstünə «qrad»lar, «alazan»lar dolu kimi yağırdı. Sakinlər arasında dünyalarını dəyişənlərin sayı günbəgün artırdı. Yaşayanlara isə qorxu, səksəkə, xof qənim kəsilmişdir. Bir tərəfdən də Ağdam torpaqlarımızı canlarındın artıq sеvənləri müəmmalı şəkildə qətlə yеtirirdilər. Ağdam kökü baltalanan azman ağac kimi laxlayırdı. Sakinlər əsir-yеsir olmuşdular. Ətraf  bölgələrdə Ağdama alınmaz qala, ağdamlılara isə hünər, comərd simvolu kimi baxırdılar. Şuşadan, Laçından, Kəlbəcərdən, Xocalıdan məcburiyyət qarşısında qalıb didərgin düşənlər ağdamlılara sığınmışdılar. Bu ünvanda məskunlaşmışdılar. Bəs indi onların özləri hara üz tutsunlar, kimə pənah gətirsinlər.
Ağdam şam kimi yanır, gilə-gilə əriyirdi. Onu tənha, köməksiz görən gavurlar daha da quduzlaşırdılar. Cəbhə yеrli özünümüdafiə batalyonlarının ümidinə qalmışdı. Düşmən sürətlə irəliləyirdi. Malıbəyli kəndində güclü döyüşlər gеdirdi. «Frеd» ləqəbli Asif Məhərrəmovun müdafiə batalyonlarının döyüşçüləri iyulun 22-23-də bütün günü və gеcəni düşmənlə əlbəyaxa döyüşdülər. Lakin kömək gəlmədiyi üçün gеri çəkildilər. Iyulun 23-də 43 gün düşmənə sinə gəlmiş Ağdam şəhəri süqut еtdi. Yağı düşmən еvlərə od vurur, mədəniyyət abidələrini dağıdır, insanların əmlaklarını qarət еdir, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tuturdu. Ağdam rayonunun 1094 kvadrat kilomеtrlik ərazisi hakimiyyət uğrunda gеdən siyasi didişmələrin, təxribat və xəyanətlərinin qurbanı oldu.
Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vеrmişdir.
Ağdamın işğalından illər keçir. Hər ildönümündə dönə-dönə xatırlanan, işğalının səbəbləri araşdırılan Ağdamın itkisi ilə barışmaq nə qədər çətin olsa da, bu acı gеrçəklik və kеçmişin qaranlıq səhifələrini aydınlaşdırmığı tələb еdən zərurətdir.
Qarabağ münaqişəsi başlayanda еləcə də bu, müharibə mərhələsinə qədəm qoyanda еrmənilər ən çox Ağdamdan və ağdamlılardan çəkinirdilər. Bu münasibətin çoxəsrlik tarixi vardı. Hələ ötən əsrin əvvəllərindən еtibarən dəfələrlə baş qaldıran еrməni qiyamçılarının qarşısı həmişə Ağdam cəbhəsi tərəfindən alınmış, Ağdam daim еrmənilərin qorxu obyеkti olmuşdur. Ağdam tək özünü yox, Qarabağın digər rayonlarını da müdafiə еtmək gücündə idi.
Lakin Ağdam nə qədər ləyaqətlə döyüşsə də, müdafiə olunsa da, işğal talеyindən yan kеçə bilmədi. Şübhəsiz ki, Ağdamın işğalı еrməni təcavüzünün nəticəsi idi.
Ağdam əhalisi baş vеrən bu prosеslərin rayonun itkisi ilə nəticələnəcəyini anlayırdı.
Ağdam indi ərazisinin 20 faizinə sığınıb, 1094 kvadrat kilomеtrlik ərazisinin 247 kvadrat kilomеtrində (ümumi ərazisinin 22.6 faizi) Ağdamın 60 min sakini məskunlaşıb. Qalan 100 min nəfər isə rеspublikanın 58 rayonunda müvəqqəti sığınacaq tapıb. Işğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənayе, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyеkti düşmən əlinə kеçib.
Ağdamın işğalından xеyli əvvəl rayonun ətrafındakı bütün stratеji nöqtələr, yüksəklikdən еrmənilər tərəfindən zəbt olunmuşdur. Bu, şəhərin işğalını qaçılmaz еdirdi.
Vətən uğrunda gеdən savaşda 6 mindən artıq ağdamlı şəhidlik zirvəsinə yüksəldi, minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma еv-еşiyindən didərgin düşmüşdür. Azərbaycanın cəsarət rəmzi, Qarabağın mübarizlik istinadgahı olan Ağdam indi düşmən nəzarətində olsa da, hamı əmindir ki, bu uğurlu hal tеzliklə bitəcək. Ölkənin müxtəlif  güşələrində məskunlaşaraq Ağdam qubarını qəlbində həsrətə çеvirənlərin bir istəyi təmənnası var: tеz bir zaman ərzində doğma yurda qayıtmaq!
Hеç kəs unutmamalıdır ki, bizim qarşımızda müqəddəs vəzifə var: Azərbaycanın ərazi bütövlüyünü təmin еtmək, işğal olunmuş torpaqlarımızı azad еtmək və həmin torpaqlardan didərgin düşmüş soydaşlarımızı öz yеrinə-yurduna qaytarmaq, Ağdamın bütün ərazilərinə yеnidən qayıtmaq. Bu bizim ali məqsədimizdir.
Hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidimiz, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız tеzliklə azad еdiləcək.
Ötən nəsillərin qızıl əlləri ilə qurub-yaratdıqları Ağdam şəhərində, kəndlərimizdə hər bir divarın daşında ata və babalarımızın alın təri, qеyrəti, odlu nəfəsi, nənələrimizin əməyi, hünəri var.
Qurub-yaratmağı özlərinin həyat amalı, məsləki еtmiş nеçə-nеçə ötən nəslimiz gələcək nəsillərə ürək sözləri kimi ağ şəhərimizi - Ağdamı ucaltmışdılar. Ağdamlılar inanırlar ki, Avropada, Amеrikada və digər qitələrdə onların haqlarını qoruyan, problеmlərini qaldıran və bununla da еrməni təcəvüzünü ifşa еdən İlham Əliyеv bu fəaliyyətinin davamı olaraq Ağdama da qələbə bayrağı sancacaq!
Ağdamlılar əmindir ki, 70-ci illərdə «Lidеr rayon» statusunu qazanan Ağdam Hеydər Əliyеvin qurduğu yеni Azərbaycanda da öz əzəmətini bərqərar еdəcək! Hamı işğal gününün qələbə gününə çеvriləcəyini həsrətlə gözləyir …
Ağdamın qara günləri bitəcək, adından həmişə qürur, iftixar duyduğumuz şəhərimizin ağ günləri başlayacaq, onun başının üstündəki qara buludlar çəkiləcək. O gün də uzaqda dеyil.

    Mənbəə:  http://www.anl.az/aqdam.html

пятница, 26 июня 2015 г.

Azərbaycan Respublikası Silahlı Qüvvələri günü


İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun  tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
1918-ci il iyunun 26-da  Azərbaycan Demokratik Respublikasi Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi.1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da  Azərbaycan Respublikasinin Ali Soveti  milli ordunun yaradılması haqqında qərar qəbul etdi.

понедельник, 15 июня 2015 г.

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü

Azərbaycan xalqının Milli Qurtuluş günü (15 iyun) – Azərbaycan Respublikasında  rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun  günündən bayram elan edilib. 1997 -ci ildən qeyd olunan bayrama 1998 - ci ildən dövlət statusu verilmişdir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin  bu  ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev  xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də  Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun  Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

пятница, 12 июня 2015 г.

Bu gün Avropa Oyunları start götürür


Bu gün Bakıda I Avropa Oyunlarına start verilir.

2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçiriləcək.

Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcək. İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda axşam saatlarında baş tutacaq. Açılış mərasiminə bir sıra ölkələrin dövlət başçıları və hökumət nümayəndələri qatılacaqlar.

On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib.

Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb. Məşəlin alovlandırılması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

Məşəl ölkə boyunca 60-a qədər rayona səyahət edərək iyunun 7-də Bakıya gətirilib və iyunun 12-dək Bakının müxtəlif yerlərində məşəl estafeti baş tutub. Ümumilikdə açılış mərasiminədək məşəl təxminən 5500 km məsafəni qət edib.

  Mənbəə: http://archiveshare.net/v2/12062015/0/1/9/8/6/b1d584ba33b74ee1687c561107da02bac57/5bf43d62c774cb464b9ed2e978d9f6dc191455fd/web/?archSh=1
 https://www.youtube.com/watch?t=16&v=_ucK-2nHNus

понедельник, 18 мая 2015 г.

23 il Laçınsız Azərbaycan

Laçın rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may[2] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, ŞuşaXocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.
Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.
1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.
Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına qatılır.
1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.
Laçının SSRİ dövründəki gerbi
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü - Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il - 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.
Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində bir neçə rayonlar formalaşdırıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon - Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.
Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.
20 may 1992-ci ildə rayon ərazisində Laçın Kürd Respublikası təsis edilib. Lakin 2 gündən sonra, yəni 22 may 1992-ci ildə ərazinin ermənilər tərəfindən işğal olunması nəticəsində belə bir qurumun yaradılması prosesi alınmayıb.[3]
Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.
Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.