Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət
göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri
üçün “Təməl” təqaüd proqramı təklif edir. Nazirlikdən verilən məlumata
görə, müsabiqə əsasında seçiləcək müəllimlər “Təməl” təqaüd proqramı
çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ
qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası
və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri,
pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni
yanaşmalarla tanış olacaqlar.
Təlim keçənlər yekun qiymətləndirmədə
iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş
iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.
Комментариев нет:
Отправить комментарий